BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Paralimpiya İdman Kompleksində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara qulluq edən şəxslərə yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub. Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Paralimpiya İdman Kompleksinin əməkdaşları iştirak ediblər”.
Sonra xəbərdə, “tədbirdə fövqəladə halların təsnifatı, Azərbaycan üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz