Son yeniləmə: 12 Noyabr 2026
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
DVX-dən verilən məlumata görə, indiyədək ölkə ərazisində 117.553 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2026-cı ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 395,5 milyon manat, yaxud 14,9 faiz çoxdur.





İlk şərhi yaza bilərsiniz