Press "Enter" to skip to content

Yekun protokol imzalanıb

İmzalanma zamanı

Son yeniləmə: 12 Noyabr 2026

BAYRAQDAR MEDİA – Bakıda 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyətinə dair seminar keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, seminarda hər iki ölkə ordularının komanda-nəzarət, radioelektron mübarizə və kibertəhlükəsizlik imkanlarının inkişaf etdirilməsi, həmçinin bu sahələrdə dünyada baş verən hadisələrin izlənilməsi məqsədilə ətraflı müzakirələr aparılıb. Müxtəlif mövzular üzrə çıxış edən məruzəçilər mövcud fəaliyyət mexanizmləri barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda tərəflər arasında 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Təlim-Tədris üzrə yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub. Bildirilib ki, bu əməkdaşlıq hər iki ölkə ordularının döyüş hazırlığının artırılmasına, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə və təlim-tədris üzrə hərbi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.