Press "Enter" to skip to content

MHP-nin fəalları rektoru ziyarət ediblər

Ardahan Universiteti

BAYRAQDAR MEDİA – Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ardahan vilayət təşkilatının sədri Sevim Köseliören və onu müşayiət edən idarə heyətinin üzvləri Ardahan Universitetinin rektoru professor Öztürk Emiroğlunu universitetdəki iş otağında ziyarət ediblər.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, görüşdə universitetin həyata keçirdiyi akademik fəaliyyətlər, regional inkişaf layihələri, eləcə də Ərdahanın sosial, mədəni və iqtisadi inkişafına töhfə verə biləcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Rektor qonaqlara səfərə görə təşəkkür edib və fəaliyyətlərində uğurlar arzulayıb. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.