Press "Enter" to skip to content

Fırat Universitetində anım mərasimi və konfrans keçirilib

BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk vəfatının ildönümündə Fırat Universitetində təşkil olunan tədbirlərlə anılıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, ilk anım mərasimi universitetin Tibb fakültəsinin mühazirə zallarında saat 09:05-də keçirilib. Tədbirdə universitetin prorektoru professor Mehmet Yılmaz, baş katib professor Sinan Akpınar, Senat üzvləri və tələbələr iştirak ediblər.

Atatürkün vəfat etdiyi saatda keçirilən mərasimdə bir dəqiqəlik sükutdan sonra İstiqlal Marşı səsləndirilib. Anım tədbirləri çərçivəsində “Atatürk dövrü (1923-1938): Yeni tarix anlayışı və tarix sahəsində araşdırmalar” mövzusunda konfrans da təşkil olunub. Konfransda professor Yüksel Arslantaş Atatürk dövründə tarix anlayışında baş verən dəyişikliklər, Cümhuriyyətin qurulması prosesində tarixi araşdırmalara verilən önəm və bu sahədə həyata keçirilən elmi işlər barədə məlumat verib. O, tarixin milli kimliyin formalaşmasındakı roluna diqqət çəkərək tarixi mənbələrin cəmiyyətin keçmişinin düzgün öyrənilməsindəki əhəmiyyətini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.