Press "Enter" to skip to content

Türkiyədə Azərbaycanın tarixi Zəfərinə mahnı həsr olunub-VİDEO

BAYRAQDAR MEDİA – Türkiyədə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəyə həsr olunan “Azərbaycan Zəfər Şarkısı” adlı mahnıya videoçarx hazırlanıb.

Mahnının sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədrinin baş müşaviri, İdarə Heyətinin üzvü, professor Esma Özdaşlıya, musiqisi isə Ozan Manasa məxsusdur.

Bəstədə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş meydanında göstərdiyi şücaət və Vətən uğrunda mübarizəsi tərənnüm olunur.

Mahnının videoçarxı Esma Özdaşlının rəsmi YouTube səhifəsində yayımlanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.