Press "Enter" to skip to content

Yeni tələbələr üçün adaptasiya görüşü keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Girnə Universitetində yeni qəbul olunan tələbələr üçün oriyentasiya görüşü təşkil edilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, görüşdə tələbələrə universitetin akademik, inzibati və sosial imkanları haqqında ətraflı məlumat verilib. Universitetdə istifadə olunan rəqəmsal sistemlər, tələbə portalı və Distant Təhsil Mərkəzi (UZEM) təqdim olunaraq tədris prosesində yararlanacaqları texnoloji imkanlar izah edilib.

Həmçinin ailələrindən və alışdıqları mühitdən uzaqda yeni həyata başlayan tələbələrin universitetə uyğunlaşmasını asanlaşdıran dəstək mexanizmləri müzakirə olunub. Tələbə klubları, birliklər və kampus tədbirləri haqqında da məlumat verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.