Press "Enter" to skip to content

“Qızıl payız” tədbiri

“Qızıl payız” tədbiri

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMB) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) sosial sifarişi əsasında Hacıqabul rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzində xidmət alan uşaqların iştirakı ilə “Qızıl payız” adlı əyləncəli və maarifləndirici tədbir təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “payız fəslinin rəngarəngliyini əks etdirən tədbir üçün mərkəzdə xüsusi bayram atmosferi yaradılıb. Məkan payız yarpaqları, mövsümi meyvə və tərəvəzlər, müxtəlif əl işləri və dekorativ kompozisiyalarla bəzədilib. Uşaqlar payız mövzusunda hazırlanmış səhnəciklərdə və əyləncəli oyunlarda iştirak ediblər. Müxtəlif obrazları canlandıran balacalar öz bacarıq və istedadlarını nümayiş etdiriblər”.

Daha sonra xəbərdə, “Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən tədbir zamanı uşaqlara hüquqları və onların müdafiəsinin əhəmiyyəti barədə məlumat verilib, müvafiq mövzuda maarifləndirici söhbətlər aparılıb. Qeyd edək ki, günərzi qayğı mərkəzlərində uşaqların fərdi inkişafına, sosial bacarıqlarının artırılmasına və cəmiyyətə inteqrasiyasına yönəlmiş xidmətlər göstərilir. Həmçinin uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun mütəmadi olaraq maarifləndirici, inkişafetdirici və sosial-mədəni tədbirlər keçirilir” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.