Press "Enter" to skip to content

“Rezidentlik sertifikatının verilməsi” xidməti

BAYRAQDAR MEDİA – “Rezidentlik sertifikatının verilməsi” xidməti vergi ödəyicisinin Azərbaycan Respublikasının vergi rezidenti olduğunu təsdiq edən rezidentlik sertifikatının verilməsini əhatə edir. Xidmət Vergi Məcəlləsinin rezidentliklə bağlı müddəaları və Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq müqavilələrin tətbiqi çərçivəsində həyata keçirilir.

Bu barədə DVX-dən məlumat verilib.

Bildirilib ki, rezidentlik sertifikatının alınması üçün vergi ödəyicisi vergi orqanına müəyyən edilmiş DTA-01 formasında ərizə ilə müraciət edir. Müraciətin elektron qaydada təqdim edilməsi imkanı da mövcuddur.
Sertifikat vergi ödəyicisinin xarici dövlətlərdə beynəlxalq vergi müqavilələrinin tətbiqi məqsədilə rezidentlik statusunu təsdiq etmək üçün istifadə oluna bilər.

Xidmətdən istifadə üçün tələb olunan sənədlər və müraciət qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış olmaq mümkündür.

Ətraflı məlumat üçün: https://xidmet.info/vahid-standartlar/vgxvs/167

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.