BAYRAQDAR MEDİA – Bu xidmət vergi ödəyicisinin müvafiq dövr üzrə dövriyyəsi haqqında vergi orqanında mövcud məlumatlar əsasında arayışın verilməsini əhatə edir.
Vergi ödəyicilərinin hüquqları və vergi orqanlarının vəzifələri ilə bağlı Vergi Məcəlləsinin 15-ci və 24-cü maddələri, habelə müraciətlərə baxılması ilə bağlı qanunvericiliyin tələbləri xidmətin hüquqi əsasları sırasındadır. Arayışın alınması məqsədilə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanına müraciət edə bilər. Müraciətdə arayışın hansı dövr üzrə tələb olunduğunun göstərilməsi məlumatların düzgün hazırlanması baxımından əhəmiyyətlidir.
Xidmətdən istifadə üçün tələb edilən sənədlər və müraciət qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz