BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetində 2026–2027-ci tədris ilinin açılış mərasimi keçirilib. Tədbirdə 2015-ci il Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar açılış mühazirəsi ilə çıxış edib.
Universitetin rektoru, professor Adnan Sözen yeni tədris ilinin tələbələr, universitet və elm ictimaiyyəti üçün uğurlu olmasını arzulayıb, ali təhsil müəssisəsinin elmi və texnoloji inkişaf istiqamətində fəaliyyətini vurğulayıb. Adana valisi Mustafa Yavuz da çıxışında universitetin regiona və ölkəyə verdiyi töhfələrdən danışıb.
Əziz Sancarın mühazirəsindən sonra ona xatirə hədiyyələri təqdim olunub. Mərasimdə Stanford Universitetinin açıqladığı “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil olan universitet əməkdaşları da mükafatlandırılıblar.





İlk şərhi yaza bilərsiniz