Press "Enter" to skip to content

Vahid muzey kartı və Türk Kuboku-10

BAYRAQDAR MEDİA – Türk dünyasında ortaq Muzey Kartı tətbiqi nəsillərin bir-birini birbaşa və maneəsiz tanımasına imkan verəcək Bu tətbiq turizm hərəkətliliyini də artıracaq. Səyahətləri asanlaşdırmaq məqsədilə hava limanlarında Türk dövlətlərinin vətəndaşları üçün ortaq qeydiyyat masası yaradılması istiqamətində də işlər sürətlə davam edir.

AK Partinin sədr müavini, Ankara millət vəkili və partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri, Prof. Dr. Kürşad Zorlu deyib.

K. Zorlu Zirvə görüşü ilə əlaqədar Türk dövlətlərində çıxış edən futbolçuların qarşılıqlı şəkildə əcnəbi deyil, yerli oyunçu statusunda sayılmasının planlaşdırıldığını xatırladıb. Onun sözlərinə görə, bu addım Türk dünyasında vahid futbol ekosisteminin formalaşmasına kömək edəcək. Həmçinin iki ildən bir Türk Dövlətləri Futbol Kubokunun keçirilməsi planlaşdırılır.

Zorlu, Türk dünyasında ticarəti rəqəmsal müstəviyə daşıyacaq elektron ticarət platformasının yaradılması barədə də razılıq əldə olunduğunu bildirib. O, bu təşəbbüsün xarici ticarətin şaxələnməsinə və artmasına töhfə verəcəyini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.