Press "Enter" to skip to content

Türk dünyası üçün daha bir strateji addım

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti (ÇOMÜ) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Türk dünyasında akademik və mədəni əlaqələrini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, universitetin beynəlmiləlləşmə strategiyası çərçivəsində Özbəkistanın tarixi Ürgənc şəhərindəki Ürgənc Dövlət Pedaqoji İnstitutunda ÇOMÜ və “Turkuaz Təhsil Modeli Əlaqələndirmə Ofisi”nin rəsmi açılışı keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub.

TİKA-nın dəstəyi ilə həyata keçirilən təşəbbüs çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında birgə təhsil proqramlarının, müəllim və tələbə mübadiləsinin, eləcə də ortaq elmi tədqiqat layihələrinin reallaşdırılması nəzərdə tutulur. ÇOMÜ-nün sənət tarixi üzrə dosenti Minara Quliyeva Ürgənc Dövlət Pedaqoji İnstitutunun sənətşünaslıq kafedrasında dərslər keçərək Türk dünyasının ortaq irsinin araşdırılmasına töhfə verməyə başlayıb.

ÇOMÜ rəhbərliyi bildirib ki, Ürgəncdə yaradılan ofis universitetin özünəməxsus təhsil modelini və akademik təcrübəsini qardaş Özbəkistana çatdırmaq baxımından tarixi addımdır. Görüşlərdə ikili diplom proqramları, magistratura və doktorantura səviyyəsində birgə tədqiqatlar, akademik mübadilə və Türk dünyasının mədəni irsinin öyrənilməsi üzrə beynəlxalq layihələr müzakirə edilib.
Universitet Türk dünyasının digər ali təhsil müəssisələri ilə əməkdaşlıq şəbəkəsini genişləndirmək niyyətində olduğunu bəyan edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.