Press "Enter" to skip to content

Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı və “Park Cinema” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə şəhid övladları və Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər“44” bədii filmini izləyiblər.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə 50-dən çox şəhid ailəsi üzvü və qazi iştirak edib. Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunan film gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyır.
Film iştirakçılarda dərin və unudulmaz təəssüratlar yaradıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.