BAYRAQDAR MEDİA – Samsunun İlkadım Bələdiyyəsi Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə “Bir şəhər, min hekayə” adlı foto müsabiqəsi təşkil edir. Hamı üçün açıq və ödənişsiz olan müsabiqədə birinci yeri tutan iştirakçıya planşet hədiyyə ediləcək.
Bu barədə samsungazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, müsabiqənin məqsədi İlkadımın tarixi və mədəni irsini, şəhər həyatını, ictimai məkanlarını və bələdiyyə xidmətlərini vətəndaşların gözü ilə nümayiş etdirməkdir.
Fotolar Atatürk abidəsi, Saat Qülləsi–Böyük məscid ərazisi, Qazi parkı və ya Qurtuluş yolunda çəkilməlidir. Hər iştirakçı müəyyən edilmiş dörd kateqoriyadan yalnız birində, bir foto ilə müsabiqəyə qatıla bilər.
Şəkillər iştirakçıların öz mobil telefonları ilə çəkilməli və onlara məxsus olmalıdır. İnternetdən götürülən, başqa şəxslər tərəfindən çəkilən və ya süni intellektlə yaradılan görüntülər qəbul edilməyəcək. İşıq, rəng və kadrla bağlı əsas düzəlişlərə icazə verilsə də, fotonun orijinallığını dəyişdirən müdaxilələrə yol verilməyəcək.






İlk şərhi yaza bilərsiniz