Press "Enter" to skip to content

Qarakoyunluda Cümhuriyyət yürüşü-VİDEO

Yürüş zamanı

BAYRAQDAR MEDİA– İğdırın Qarakoyunlu rayonunda Cümhuriyyət Bayramı münasibətilə təşkil edilən yürüşdə 490 nəfər iştirak edib. Rayon rəhbərliyinin və idman klublarının təşkilatçılığı ilə keçirilən tədbirə İğdırla yanaşı, Ağrının Doğubəyazid və Qarsın Kağızman rayonlarından gələn idmançılar da qatılıblar.

Bu barədə guvengazetesi.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, Qarakoyunlu rayonunun icra başçısı İlhan Kayak və İDABİS İdman Klubunun sədri Özər Goncanın təşkil etdiyi yürüş zamanı iştirakçılar təbiət qoynunda 10 kilometrlik marşrut qət ediblər. Yürüş heç bir insident baş vermədən Mağaralar ərazisində başa çatıb.

Tədbirin sonunda iştirakçılara qarğıdalı, lahmacun, ayran və çay təqdim olunub. İştirakçılar xatirə şəkilləri çəkdirərək tədbiri başa vurublar.

 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.