BAYRAQDAR MEDİA – Şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabı çap olunub.
Bu haqda BAYRAQDAR MEDİA-ya müəllif özü məlumat verib.
Bildirilir ki, ““Elm və təhsil” nəşriyyatında nəşr olunan “Qapı” axtarışların kitabıdır. İnsanın özünü, dünyanı, həyatı, həqiqəti və yaşamağın mənasını axtarışlarının… Kitabda, həmçinin Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətləri də geniş yer tutur. Müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır. Oxucular kitabda “Qədimilikdən hikmətə”, “Müəllimlik və tələbəlik”, “Asif Ata və Oşo”, “Konfutsidən Lao Tzıya”, “Tanrı səsi”, “Teatr-oyanan suallar” kimi mətnlərlə tanış ola biləcəklər”.
Qeyd edək ki, ön sözün müəllifi Dalğa Xatınoğlu, redaktoru Mənsurə Qaçayqızı olan kitabın yaxın günlərdə təqdimat mərasimi keçiriləcək.






İlk şərhi yaza bilərsiniz