Press "Enter" to skip to content

MEK-in nəşrləri XII Bakı Beynəlxalq Kitab Sərgisində

MEK-in nəşrləri XII Bakı Beynəlxalq Kitab Sərgisində

BAYRAQDAR MEDİA – Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XII Bakı Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sərgidə öz stendi ilə təmsil olunur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mərkəzi Elmi Kitabxananın (MEK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “MEK ənənəvi olaraq sərgidə iştirak edərək nəşrlərini, eləcə də fondunda mühafizə olunan elmi, tarixi və siyasi mövzulu kitabları ziyarətçilərin diqqətinə təqdim edir. Kitabxananın nəşrləri elmi və mədəni irsin təbliği, eləcə də zəngin kitab fondunun tanıdılması baxımından əhəmiyyət daşıyır. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında keçirilən builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, həmçinin 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və kitab sənəti ilə əlaqəli qurum iştirak edir. Sərgidə Azərbaycanın xalq yazıçıları və xalq şairləri, gənc qələm sahibləri ilə yanaşı, Türkiyə, ABŞ, Norveç, Böyük Britaniya, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən tanınmış müəlliflər və alimlər də iştirak edirlər”.

Bildirək ki, sərgi çərçivəsində AMEA-nın təşkilatçılığı ilə bir sıra kitab təqdimatlarının keçirilməsi də nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.