BAYRAQDAR MEDİA – Azərbaycan türk tarixində mühüm yer tutur. Oğuz boyuna mənsub qədim türk yurdu olan Azərbaycan və azərbaycanlı ziyalılar türkçülük ideyasının tarixi inkişafında, müasir türkçülüyün siyasi və institusional əsaslarının formalaşmasında mühüm rol oynayıblar.
Bunu Türkiyədən olan araşdırmaçı-yazar Rüfət Gürel igdirhaber.net saytında dərc olunan məqaləsində yazıb. Müəllif Azərbaycanın demokratik respublikanın qurulduğu məkanlardan biri, Türk dünyasının öncüllərindən və Qafqazdakı qalası olduğunu vurğulayır. Onun fikrincə, Azərbaycan uzun illər çar Rusiyasının və Sovet İttifaqının hakimiyyəti altında qalıb, Ermənistanın işğalı və təcavüzü nəticəsində böyük itkilər verib, ərazilərinin bir hissəsini itirib. Bununla yanaşı, Azərbaycan Türkiyənin istiqlal mübarizəsinə hərbi, maliyyə və siyasi dəstək göstərən, çətin günlərdə qardaş ölkənin yanında olan dövlətdir.
Məqalədə Qarabağın işğaldan azad edilməsi Azərbaycanın tarixi nailiyyəti kimi qiymətləndirilir. Müəllif 2020-ci ildəki 44 günlük müharibədə qazanılan Zəfərin Türkiyə və Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olduğunu, Şuşa, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın və Ağdam daxil olmaqla Qarabağda Azərbaycan bayrağının dalğalanmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edir.
O, Azərbaycanın qələbəsinin təkcə öz ərazi bütövlüyünün bərpası deyil, həm də Türk dünyasının tarixi yaddaşı və milli qüruru baxımından böyük əhəmiyyət daşıdığını bildirir.
Müəllif Azərbaycanın bu gün Qafqazın güclü ordularından birinə sahib olduğunu, regionda mövqelərini möhkəmləndirdiyini vurğulayır. O, Mustafa Kamal Atatürkün Türkiyə tarixində oynadığı rolu İlham Əliyevin Azərbaycan tarixindəki rolu ilə müqayisə edərək hər iki liderin fəaliyyətinin konkret nəticələrlə qiymətləndirilməli olduğunu qeyd edib.






İlk şərhi yaza bilərsiniz