Press "Enter" to skip to content

Kəmər dərəcələri üzrə növbəti imtahan

Kəmər dərəcələri üzrə növbəti imtahan

BAYRAQDAR MEDİA – Oktyabrın 23-də Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.

Xəbərdə deyilir ki, “ACF-in təşkilatçılığı ilə baş tutan imtahanda 379 cüdoçu iştirak edib. İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub”.

Daha sonra xəbərdə, “kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda, motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.