Son yeniləmə: 22 Oktyabr 2026
BAYRAQDAR MEDİA – “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 13–16 yaşlı yeniyetmələr üçün “Kibertəhlükəsizlik üzrə maarifləndirmə” mövzusunda ödənişsiz onlayn təlim keçirilib. Təlimi Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşı Jalə Nəcəfli apararaq yeniyetmələrə internetdə təhlükəsiz davranış və rəqəmsal risklərdən qorunma mövzusunda maarifləndirici məlumatlar təqdim edib.
Təlimdə 29 uşaq, 4 könüllü müəllim və 2 əməkdaş iştirak edib. Texniki imkanların məhdudluğuna baxmayaraq, bir noutbuk vasitəsilə 5 nəfərin birlikdə qoşulması təmin edilib və tədbir uğurla baş tutub.






İlk şərhi yaza bilərsiniz