Press "Enter" to skip to content

Keşmiş prezidentin qızı yenidən namizəddir

Son yeniləmə: 22 Oktyabr 2026

Resmiye Eroğlu Canaltay: Bizim üçün siyasət vəzifə deyil, ölkəyə və insanlara xidmət məsələsidir

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçiriləcək növbəti parlament və bələdiyyə seçkilərinə hazırlıqlar davam edir. Hakim Ulusal Birlik Partiyasından (UBP) millət vəkilliyinə namizədliyini irəli sürən şəxslərdən biri də ölkənin keçmiş prezidenti Derviş Eroğlunun qızı Resmiye Eroğlu Canaltaydır.
BAYRAQDAR MEDİA xəbər verir ki, Resmiye Eroğlu Canaltay seçkilərdə iştirakla bağlı mövqeyini və əsas hədəflərini açıqlayıb.

O, UBP-nin dəyərləri ilə böyüdüyünü və bu partiyanın bir üzvü olmaqdan hər zaman qürur duyduğunu bildirib. Canaltay qeyd edib ki, atası, partiyanın fəxri sədri və KKTC-nin keçmiş prezidenti Derviş Eroğlunun ölkəyə xidmət yolunda qoyduğu irs onun üçün həm qürur, həm də böyük məsuliyyətdir.

Millət vəkilliyinə namizədliyini irəli sürməklə bağlı qərarını şərh edən Canaltay siyasətə yanaşmasını belə ifadə edib: “Bizim üçün siyasət vəzifə deyil, ölkəyə və insanlara xidmət məsələsidir”.

O, qarşıdakı dövrdə partiyadaxili birliyin gücləndirilməsini, gənclərə ümid verilməsini və qadınların səsinin daha geniş eşidilməsini əsas hədəfləri sırasında göstərib. Canaltay KKTC-nin daha güclü, məhsuldar və firavan gələcəyi naminə çalışmağa hazır olduğunu vurğulayıb.

Resmiye Eroğlu Canaltay UBP-nin millət vəkilliyinə namizədlərin müəyyənləşdirilməsi üzrə ilkin seçkisində Gazimagusadan 1 nömrə ilə iştirak edəcəyini də açıqlayıb. O, partiyanın birliyinə, təşkilatların gücünə və tərəfdarlarının dəstəyinə inandığını bildirib.

Namizədliyini “Sözümüz bir, gələcəyimiz bir!” şüarı ilə təqdim edən Canaltay ortaq məqsədlər və dəstəklə yenidən uğur qazanacaqlarına inandığını ifadə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.