Press "Enter" to skip to content

Birinci Türkiyə-Azərbaycan şer oxuma yarışması keçiriləcək

BAYRAQDAR MEDİA – Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Birinci Türkiyə-Azərbaycan şer oxuma yarışması keçiriləcək.

Bu barədə Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyindən bildirilib.

“Qardaşlığın misraları” adı altında keçirilən yarışma üçün son müraciət tarixi oktyabrın 23-ü müəyyən edilib. Oktyabrın 26-da isə yarışmaya müraciət edənlər arasında seçimlər başlayacaq.

Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyindən bildirilib ki, Birinci Türkiyə-Azərbaycan şer oxuma yarışmasına noyabrın 2-də final mərhələsi ilə yekun vurulacaq. Sonda qaliblər mükafatlandırılacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.