Press "Enter" to skip to content

Stolüstü tennisçilərin Riqa sınağı

Stolüstü tennisçilərin Riqa sınağı

BAYRAQDAR MEDİA – Oktyabrın 23-də Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə “Riga City Youth Cup 2026” turniri başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Stolüstü Tennis Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “ənənəvi yarışda qadınlardan ibarət milli komandanın baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə 9 idmançı iştirak edəcək. Oğlanların yarışında Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov, Ruslan Kərimov, qızların mübarizəsində isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova bacarığını göstərəcək”.

Beynəlxalq yarışa oktyabrın 25-də yekun vurulacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.