Press "Enter" to skip to content

Nazir müavini Ağdamda vətəndaşları qəbul edib

Qəbul zamanı

Son yeniləmə: 22 Oktyabr 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ağdam şəhərində vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi və digər məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, onların sorğu xarakterli müraciətlərinə əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Ağdama səfər çərçivəsində Ağdam Sənaye Parkında rezidentlərlə də görüş keçirilib, sahibkarların həyata keçirdikləri layihələrlə tanışlıq olub, onları maraqlandıran məsələlər müzakirə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.