BAYRAQDAR MEDİA – Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatında 1/4 final döyüşləri başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə bildirilir ki, “Azərbaycan millisinin yarımfinala yüksələn idmançılarının sayı 10-a yüksəlib. Nuray Qafarova (50 kq) Nino Tirkia (Gürcüstan) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, finala gedən yolda Polina Ağacanyanla (Rusiya) üz-üzə gələcək. Ələkbər Məmmədli (44 kq) Leonard Buhaniuçdan (Moldova) güclü olub – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü 1/2 finalda Rian Branaqanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək. Sənan Nəsibli (52 kq) David Popeskunu (Rumıniya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuz yarımfinalda Lazar Yovanoviçlə (Serbiya) döyüşəcək. Sadiq Xəlilov (54 kq) Yaroslav Mikolauskasa (Rusiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27). Naxçıvan boksçunun yetirməsi final üçün Cey Şeridanla (Şotlandiya) gücünü yoxlayacaq”.
Daha sonra xəbərdə, “Yusif Əli (57 kq) də növbəti dueldən qalib ayrılıb. O, Nikola İliçi (Monteneqro) 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi 1/2 finalda Kirilo Çumakovu (Ukrayna) sınağa çəkəcək. Sunay Əzimov (60 kq) isə vaxtından əvvəl qələbə qazanıb. O, Daniel Sardarunu (Rumıniya) üçüncü raundda tam üstünlüklə məğlub edib. Əzimov yarımfinalda Solomon Duboislə (İngiltərə) qarşılaşacaq. Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 10-a yüksəlib. Daha öncə Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Hüseyn Aydəmirli (90 kq) və Gülay Ocaqova (57 kq) da bu hüquqa yiyələnib. Millinin 10 idmançısının hər biri bu mərhələyə vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin ediblər” deyə bildirilir.
Qeyd edək ki, yarımfinal döyüşlərinə oktyabrın 22-si başlanılacaq.






İlk şərhi yaza bilərsiniz