BAYRAQDAR MEDİA – Eskişehir Osmanqazi Universitetinin rektoru professor Emine Gümüşsoy Anadolu Universitetinin rektoru professor Yusuf Adıgüzelə qarşılıqlı ziyarət həyata keçirib. Görüş Anadolu Universitetinin rektorluğunda baş tutub və hər iki universitetin rektor müavinləri də iştirak ediblər.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, tərəflər ali təhsil müəssisələri arasında əlaqələrin inkişafında qarşılıqlı ziyarətlərin və institusional ünsiyyətin əhəmiyyətini vurğulayıblar. Təhsil, elmi-tədqiqat, ictimai töhfə, akademik təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Rektor Yusuf Adıgüzel ziyarətdən məmnunluğunu bildirib, professor Emine Gümüşsoy isə qonaqpərvərliyə görə təşəkkür edib. Görüş qarşılıqlı xoş arzularla başa çatıb.






İlk şərhi yaza bilərsiniz