Press "Enter" to skip to content

Fırat Qısametrajlı Film Festivalı çərçivəsində iki sərgi açılıb

BAYRAQDAR MEDİA – Fırat Universitetində keçirilən III Qısametrajlı Film Festivalı çərçivəsində “Kadrın o tayında: havadan çəkilmiş görüntülərlə Elazığ fotoşəkilləri” və “Ekranın o tayında: yenidən dizayn edilmiş kino afişaları” sərgiləri açılıb.

Universitetin kitabxanasında təşkil olunan sərgilərin açılışında Kommunikasiya fakültəsinin dekanı professor Kenan Demirci, akademiklər və tələbələr iştirak ediblər. Fotoşəkil sərgisində Elazığın təbii, tarixi və mədəni zənginliyi havadan çəkilmiş görüntülərlə təqdim olunub. Kino afişaları sərgisində isə klassik filmlərin afişaları yaradıcı yanaşma ilə yenidən işlənib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festival çərçivəsindəki sərgilər ziyarətçilərə fərqli vizual təcrübə yaşadıb və universitetin mədəniyyət-sənət fəaliyyətlərinə rəng qatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.