Press "Enter" to skip to content

Sertifikatlaşdırmaya dair görüş keçirilib

Görüş zamanı

Son yeniləmə: 22 Oktyabr 2026

BAYRAQDAR MEDİA – Sertifikatlaşdırma prosesi ilə bağlı məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərə dəstək məqsədilə görüş keçirilib.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova, Təhsil İnstitutunun əməkdaşları Laləzar Məmmədova, Nərgiz Zeynalova, İdarənin əməkdaşları və tərbiyəçi-müəllimlər iştirak ediblər.

Görüşdən foto
Görüşdən foto

BŞTİ-dən bildirilib ki, Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə söhbət açılıb. Sertifikatlaşdırmanın mərhələləri və məzmunu ilə bağlı fikirlər səsləndirilib, tərbiyəçi-müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.

Həmçinin təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, nümunə test tapşırıqları izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.