Press "Enter" to skip to content

BDYPİ-dən çağırış: Piyadaların təhlükəsizliyi aktual məsələlərindəndir

BDYPİ-dən çağırış: Piyadaların təhlükəsizliyi aktual məsələlərindəndir

BAYRAQDAR MEDİA – Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə deyilir ki, “dəfələrlə edilən xəbərdarlıqlara, aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinə baxmayaraq hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan şəxslərə rast gəlinir ki, bu da onları yol qəzalarının qurbanına çevrir. Piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir”.

Bu səbəbdən BDYPİ bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon, qulaqlıq və digər bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.