Son yeniləmə: 22 Oktyabr 2026
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB) “Gələcək vətənpərvər və sağlam gənclərindir” adlı layihə çərçivəsində, növbəti təşəbbüs Azərbaycan Dövlət Pedoqoji Universtetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabuncu korpusunda gerçəkləşib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin bu tədbiri gənclər arasında Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlib.
Tədbiri giriş sözü ilə acan Azərbaycan Dövlət Pedaqoji Kollecin direktor müavini Nigar Şirəliyeva qeyd edib ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.
Layihənin rəhbəri, İctimai xadim Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən bacarığından söhbət açıb. Sonra o, qeyd edib ki, Gənclərin vətənpərvər ruhda böyümələrində, Qarabağı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var.






İlk şərhi yaza bilərsiniz