Press "Enter" to skip to content

Tədqiqat “2026-cı ilin diqqətəlayiq kəşfi” mükafatına layiq görülüb

Aydin Adnan Menderes Universiteti

Son yeniləmə: 22 Oktyabr 2026

BAYRAQDAR MEDİA – Aydın Adnan Menderes Universitetinin alimləri ilə Almaniyanın Maks Plank Yerüstü Mikrobiologiya İnstitutunun tədqiqatçılarının birgə işi beynəlxalq mükafat qazanıb. Həşəratları yoluxduran nematodlarla əlaqəli bakteriyaların istehsal etdiyi RXP (Rhabdopeptid) molekulunun bioloji təsirlərini araşdıran tədqiqat Onurğasızların Patologiyası Cəmiyyəti tərəfindən “2026-cı ilin diqqətəlayiq kəşfi” mükafatına layiq görülüb.

Niderlandın ’s-Hertogenbosch şəhərində keçirilən cəmiyyətin 58-ci toplantısında mükafat universitetin biologiya üzrə professoru Selçuk Hazıra təqdim edilib. Tədqiqatda universitetdən professor Selçuk Hazır, dosent Harun Çimen, doktor Şebnem Hazal Gülşen və dosent Derya Uluğ, Almaniyadan isə professor Helge Bode və komandası iştirak edib.

Araşdırma təxminən 40 ildir izahı tapılmayan bir mexanizmi üzə çıxarıb: nematodların yoluxduraraq öldürdüyü həşəratların cəsədlərinin qarışqalar, arılar, milçəklər, quşlar və digər canlılar tərəfindən yeyilməsinin qarşısı RXP molekulunun təsiri ilə alınır. Təcrübələr zamanı bu molekulun geniş istifadə olunan DEET həşəratqovucu maddəsindən təxminən 100 dəfə güclü uzaqlaşdırıcı təsir göstərdiyi müəyyənləşdirilib.

RXP-nin ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlılara, eləcə də kənd təsərrüfatı zərərvericilərinə qarşı təsirli olduğu aşkarlanıb. Kəşfin insan və heyvan sağlamlığının qorunması, həmçinin kənd təsərrüfatında yeni tətbiq imkanları yaradacağı gözlənilir. İxtira ilə bağlı beynəlxalq patent müraciəti də edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.