BAYRAQDAR MEDİA – Sosial Xidmətlər Agentliyinin (SXA) Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, göstərilən xidmətlərlə və burada tətbiq olunan fizioterapevtik prosedurlarla yaxından tanış olublar. Bildirilib ki, Mərkəzdə əlilliyi olan şəxslər stasionar, ambulator, icma əsaslı, səyyar xidmətlərə, eləcə də hippoterapiya və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilirlər”.
Qeyd edək ki, hazırda Mərkəzdə 200-ə yaxın şəxsə müxtəlif xidmətlər göstərilir.






İlk şərhi yaza bilərsiniz