Press "Enter" to skip to content

Daha bir yolayrıcında işıqforlar quraşdırılıb

Daha bir yolayrıcında işıqforlar quraşdırılıb

BAYRAQDAR MEDİA – Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsi artıq işıqforlarla tənzimlənir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “NİİM-in əməkdaşları tərəfindən yol kəsişməsində 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada işıqforları quraşdırılıb. Görülən işlər nəticəsində kəsişmədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin növbəliliyi təmin olunub, qəza riski aradan qaldırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.