BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyi (DİN) və Gənclər və İdman Nazirliyinin (GİN) birgə təşkilatçılığı ilə Şamaxı, İsmayıllı, Qəbələ, eləcə də Qobustan rayonlarında yerləşən orta məktəblərin IX–XI sinif şagirdləri ilə görüşlər keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirlərdə iştirakçılara DİN-in Polis Akademiyasında və Daxili Qoşunların Hərbi İnstitutunda təhsil imkanları, tədris prosesləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumat verilib. Həmçinin məktəblilərə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib və məlumatlandırıcı bukletlər təqdim olunub. Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb”.






İlk şərhi yaza bilərsiniz