BAYRAQDAR MEDİA – Oktyabrın 29-da saat 16:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında növbəti rüblük iclası keçiriləcək.
Bu barədə DVX-dən məlumat verilib.
Bildirilib ki, iclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin müzakirəsi aparılacaq.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın info@azranking.az internet portalının “Onlayn müraciət” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.






İlk şərhi yaza bilərsiniz