Press "Enter" to skip to content

Bu, yoxlamalara sərf olunan vaxtın 7–9 həftə azaldılmasına imkan yaradıb

BAYRAQDAR MEDİA – 2025-ci ildə 3 milyondan çox elektron bəyannamə ilə yanaşı, xeyli sayda elektron qaimə-faktura, elektron alış aktı, bank əməliyyatı və gömrük bəyannaməsi üzrə məlumat emal edilib. Bu məlumatların operativ təhlili, risklərin vaxtında müəyyənləşdirilməsi və nəzarət tədbirlərinin daha dəqiq hədəflənməsi məqsədilə DVX-də Data analitika, eləcə də Strateji planlaşdırma və təşkilati risklərin idarə edilməsi üzrə struktur bölmələri yaradılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bildirib.

DVX-nin məlumatına görə, Samirə Musayeva qeyd edib ki, vergi yoxlamalarında inventarizasiya nəticələrinin avtomatlaşdırılması artıq praktiki səmərə verib: “Belə ki, bu yanaşma yoxlamalara sərf olunan vaxtın 7–9 həftə azaldılmasına imkan yaradıb.

Gələcək mərhələdə NKA-lara daxil edilən məlumatların süni intellekt vasitəsilə analitik emalı və risklərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, NKA çekləri, yük-gömrük bəyannamələri və elektron qaimə-fakturalarda malların müxtəlif adlarla göstərilməsi hallarının təhlili planlaşdırılır. Bu yanaşma məlumatlar arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsinə və risklərin daha dəqiq qiymətləndirilməsinə kömək edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.