Press "Enter" to skip to content

Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvü Almatı şəhərində keçirilən beynəlxalq müsabiqədə uğur qazanıb.

Belə ki, Qazaxıstanın UNESCO Klubları üzrə Milli Federasiyasının təşkilatçılığı ilə Almatı şəhərində Beynəlxalq Gənclər Festivalı (“The Planet Earth OFART 2026”) keçirilib. Festival çərçivəsində UNESCO-nun qeyri-maddi mədəni irsinin qorunması, təbliğ olunması və bu prosesdə qadınların rolunun işıqlandırılması mövzusuna həsr olunmuş beynəlxalq təsviri sənət müsabiqəsi təşkil edilib.

Müsabiqədə Azərbaycanı təmsil edən Bakı şəhəri 3 nömrəli UGİM-in “Təsviri sənət və dizayn” dərnəyinin üzvü Məryəm Cəfərova təltifə layiq görülüb.

Qeyd edək ki, Almatı şəhərində təşkil olunan yekun təltifetmə mərasimində və rəsmi tədbirlərdə 3 nömrəli UGİM-in direktoru Lalə Qəti və dərnək rəhbəri Amaliya Məmmədli Nuri də iştirak ediblər. Səfər çərçivəsində mərkəzin rəhbərliyi xarici ölkələrin müvafiq təhsil və incəsənət qurumları ilə təcrübə mübadiləsi aparıb, gələcək birgə layihələrin perspektivlərini müzakirə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.