BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin rektoru professor Adnan Sözen Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri evlet Bahçeliyə baş çəkib.
Görüşdə universitetin akademik fəaliyyəti, regional inkişaf layihələri və gələcək hədəfləri müzakirə olunub. Rektor Sözen universitetin milli texnologiya təşəbbüslərinə və ixtisaslı kadrların hazırlanmasına verdiyi önəmi vurğulayıb. Ali təhsil sahəsindəki yeniliklər və gənclərin təhsilinə yönəlmiş strateji addımlar barədə də fikir mübadiləsi aparılıb.
D.Bahçeli ziyarətdən məmnunluğunu bildirərək rektora və universitet rəhbərliyinə uğurlar arzulayıb. Görüş qarşılıqlı hədiyyələrin təqdim edilməsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz