BAYRAQDAR MEDİA – 2026-cı ilin 9 ayı ərzində Energetika Nazirliyi (EN) və tabeli qurumlara ümumilikdə 12 606 vətəndaş müraciəti daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “müraciətlərin 1 min 913-ü məlumat, 10 min 693-ü isə icra xarakterli olub. Bunlardan 10 min 213-ü müvafiq qaydada icra edilib, 480 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonası, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq və digər mövzuları əhatə edib”.
Daha sonra xəbərdə, “hesabat dövründə daxil olan müraciətlərin 8 min 632-si EN-in “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə qəbul edilib. Müraciətlərin 6 min 990-nı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 900-ü təşəkkür xarakterli, 742-si isə digər məsələlərlə bağlı olub. 2026-cı ilin 9 ayı ərzində Nazirliyin Aparatı və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 276 vətəndaş qəbul edilib” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz