BAYRAQDAR MEDİA – Aydın Adnan Menderes Universitetinin Kadrlar şöbəsi ilə Aydın Vilayət Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşlığı çərçivəsində “Narko-Rehber” təlimi təşkil olunub. Oktyabrın 15-də Atatürk Konqres Mərkəzində keçirilən tədbir akademik və inzibati heyət üçün nəzərdə tutulub.
Təlimdə narkotik maddə asılılığının səbəbləri, asılılıq dövrü, narkotik istifadəsinin fərd və cəmiyyət üzərindəki təsirləri, eləcə də mübarizə üsulları izah edilib. İştirakçılara məlumatlandırma və xəbərvermə məqsədilə istifadə olunan UYUMA tətbiqi, həmçinin asılılıqla mübarizə üzrə dəstək mərkəzləri haqqında məlumat verilib. Proqram əməkdaşların maarifləndirilməsi və ictimai məlumatlılığın artırılması məqsədi daşıyıb.






İlk şərhi yaza bilərsiniz