BAYRAQDAR MEDİA – 24-29 oktyabr tarixlərində İraqın Süleymaniyyə şəhərində kamandan oxatma üzrə 2026-cı il Asiya Kubokunun II mərhələsi – Dünya reytinq turniri keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Kamandan Oxatma Federasiyasından daxil olub.
Xəbərdə bildirilir ki, “19 ölkənin təmsilçilərinin iştirak edəcəyi beynəlxalq yarışda Azərbaycan millisi 5 idmançı ilə təmsil olunacaq. Milli komandanın heyətinə Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva daxildir. İdmançılar açıq havada, 70 metr məsafədə recurve (klassik yay) növü üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar. Komandaya baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər”.
Qeyd edək ki, Dünya reytinq turniri idmançılar üçün beynəlxalq rəqabət şəraitində çıxış etmək, təcrübə qazanmaq və reytinq xallarını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.






İlk şərhi yaza bilərsiniz