BAYRAQDAR MEDİA – Erciyes Universitetinin Turizm fakültəsinin Qastronomiya və Mətbəx Sənətləri bölməsində forma geyinmə mərasimi və yemək müsabiqəsi təşkil olunub. Tədbirdə fakültə rəhbərliyi, Kayseri Vilayət Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, turizm sektoru təmsilçiləri, akademiklər və tələbələr iştirak ediblər.
Turizm fakültəsinin dekanı professor Kenan Güllü tədbirin ənənəvi xarakter alacağını bildirib. O, əsas məqsədin tələbələrlə turizm sektoru arasındakı əməkdaşlığı, yaradıcılığı və tədqiqat ruhunu inkişaf etdirmək olduğunu deyib.
Müsabiqədə sosial media fenomenləri tərəfindən hazırlanan yeməklər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblərə hədiyyələr təqdim olunub, Qastronomiya və Mətbəx Sənətləri bölməsində təhsilə başlayan 26 tələbəyə isə formaları verilib.






İlk şərhi yaza bilərsiniz