BAYRAQDAR MEDİA – Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən bu il ilk dəfə gənclər arasında Qran-Pri turniri keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.
Xəbərdə deyilir ki, “Dünya Cüdo Turuna daxil edilən yarış 24–25 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq. Turnirdə 17 cüdoçu (10 oğlan, 7 qız) ilə qüvvəsini sınayacaq. İdmançıları tatamiyə gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar”.
Gənclər arasında Qran-Pri turnirində 19 ölkədən 234 cüdoçu (147 oğlan, 87 qız) mübarizə aparacaq.
Heyətə daxildir:
Oğlanlar
-60 kq
Anar Quliyev
Məhəmməd Rüstəmli
-66 kq
Əhməd Rüstəmov
-73 kq
Səlim Sultanov
Özqan Quliyev
-81 kq
Məhəmməd Ağakişiyev
-90 kq
Əli Qazıməmmədov
-100 kq
Davud Namazlı
Canpolad Əliyev
+100 kq
Ramazan Əhmədov
Qızlar
-48 kq
Nərgiz Əhmədova
-52 kq
Aysun Məmmədova
Nuranə Hacızadə
-57 kq
Xədicə Qədəşova
Vüsalə Hacıyeva
-63 kq
Hanna Zaytseva
Nilgün Rzayeva






İlk şərhi yaza bilərsiniz