Press "Enter" to skip to content

Türk əsri: dildə, fikirdə, işdə birlik

TDT bayrağı

Kürşad Zorlu TDT-nin XIII Dövlət başçılarının Zirvə görüşünün təfərrüatlarını açıqlayıb

BAYRAQDAR MEDİA – “Türk dünyasının ürəyi oktyabrın 29–30-da Ankarada döyünəcək”.

Bunu AK Partinin sədr müavini, Ankara millət vəkili və partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri, Prof. Dr. Kürşad Zorlu deyib.

TDT-nin XIII Dövlət başçılarının Zirvə görüşü ərəfəsində media nümayəndələri ilə görüşən K.Zorlu, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin elan edilməsinin 103-cü ildönümündə TDT Xarici İşlər Nazirləri Şurasının, oktyabrın 30-da isə Prezident Recep Tayyip Erdoğanın ev sahibliyi ilə Zirvə görüşünün keçiriləcəyini deyib.

Türk dünyası əsri hədəfinin əhəmiyyətinə toxunan Zorlu bildirib ki, Prezidentin rəhbərliyi altında Türk dünyası Türkiyə üçün müvəqqəti və gündəlik məsələ deyil, strateji və daimi xarici siyasət istiqamətidir.
Zorlu Zirvə görüşünün təfərrüatlarını açıqlayaraq bildirib ki, Prezident Administrasiyasının koordinasiyası və AK Partinin Baş Qərargahının Qadın Qolları sədrliyinin iştirakı ilə oktyabrın 30-da “Türk Dünyası Qadın Diplomatiyası Forumu” keçiriləcək. Türk dövlətləri arasında yaradılması nəzərdə tutulan “Qadın və Ailə Şurası” ilə bağlı işlər də son mərhələyə çatıb.

Zorlunun sözlərinə görə, “Türk əsri: dildə, fikirdə, işdə birlik” mövzusu altında keçiriləcək Zirvə görüşündə mühüm qərarlar qəbul olunacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi edəcəyi toplantıda bir sıra sazişlərin imzalanması gözlənilir. Türk dövlətlərinin liderlərini Ankarada bir araya gətirəcək Zirvə mövcud əməkdaşlığın daha da inkişafına, yeni tərəfdaşlıq sahələrinin müzakirəsinə və növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsinə təkan verəcək

Liderlərin oktyabrın 30-da Zirvə görüşündə bir araya gələcəyini deyən Zorlu, Türkiyənin təşkilata dövri sədrliyi üzərinə götürməsi ilə Türk dünyasına dair fəaliyyətlərin intensivləşəcəyini vurğulayıb.

K.Zorlu bildirib ki, oktyabrın 30-da TDT-nin XIII Dövlət başçılarının Zirvə görüşü keçiriləcək və toplantı ilə birlikdə təşkilatın dövri sədrlik səlahiyyəti Türkiyəyə keçəcək. Buna görə də gələn il Türkiyə və onun bütün qurumları üçün Türk dünyası ilə bağlı daha intensiv dövr olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.