Press "Enter" to skip to content

Universitet tələbəsi “Altın Pusula” mükafatına layiq görülüb

BAYRAQDAR MEDİA – Erciyes Universitetinin Kommunikasiya fakültəsinin İctimaiyyətlə əlaqələr və tanıtım ixtisasının tələbəsi Esra Gülhan mühüm uğur qazanıb. Belə ki, o “Görünməyən hekayələr” layihəsinə görə 24-cü “Altın Pusula Türkiyə İctimaiyyətlə Əlaqələr Mükafatları”nda Gənc Kommunikasiya Mütəxəssisləri kateqoriyasında birinci mükafata layiq görülüb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, Türkiyə İctimaiyyətlə Əlaqələr Dərnəyinin təşkil etdiyi mükafatlandırma mərasimində Esra Gülhan İctimaiyyətlə əlaqələr və tanıtım ixtisasının müəllimi, doktor Kürşat Gölgəli ilə birlikdə iştirak edib.

Bu mükafat universitetin kommunikasiya sahəsində əldə etdiyi uğurlara daha bir nailiyyət əlavə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.