BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant Cavid Məmmədli Türkiyənin Trabzon şəhərində keçirilən IX Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Konqresində iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) dəstəyi ilə baş tutan konqres, qlobal nizamın transformasiyaya uğradığı və çoxqütblülüyün mahiyyətinin yenidən müəyyən edildiyi bir dövrdə, regional faktorların artan roluna və beynəlxalq münasibətlər üzrə ədəbiyyatdakı konseptual dəyişikliklərə həsr olunub. Konqres çərçivəsində C.Məmmədlinin “Almaniyanın Suriya böhranında iştirakının hərbi, diplomatik və humanitar aspektləri (2011–2021)” mövzusunda çıxışı böyük maraqla qarşılanıb”.
Sonda MEK əməkdaşı sertifikatla təltif olunub.






İlk şərhi yaza bilərsiniz