BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən Mərkəzi Elmi Kitabxanada (MEK) riyaziyyat elmi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru İlham Məmmədovun fəaliyyətinə dair biblioqrafik göstərici tərtib olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “alimin anadan olmasının 70 illiyi münasibətilə çapdan çıxan vəsaitdə İ.Məmmədovun həyatı və elmi fəaliyyətinin əsas tarixləri yer alıb. Vəsait Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixlərini, əsərlərinin- müdafiə etdiyi elmi tədqiqat işlərinin, elmi və publisistik məqalələrini, redaktoru və buraxılışa məsul olduğu kitablar, elmi rəhbəri, məsləhətçi və opponenti olduğu dissertantlar, həyatı və elmi fəaliyyəti haqqında ədəbiyyat, elmi-ictimai fəaliyyəti internet resurslarında və soraq-axtarış aparatı kimi bölmələri əhatə edir. Kitabda, həmçinin AMEA Rəyasət Heyətinin qərarı və akademik Akif Hacıyevin alimin həyatı və fəaliyyəti haqqında qısa oçerki yer alıb”.
Sonra xəbərdə, “İ.Məmmədov 80-dən çox elmi məqalənin və bir kitabın müəllifidir. Onun rəhbərliyi ilə 16 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlanıb. Alim “Azərbaycan Lenin Komsomolu Mükafatı laureatı”, 1992-2001-ci illərdə Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin, o cümlədən Azərbaycan Riyaziyyat Cəmiyyətinin üzvü olub. Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Natəvan Rəhimovadır. “Elm” nəşriyyatında çap olunan biblioqrafik göstərici riyaziyyatçılar, müvafiq sahə üzrə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan mütəxəssislər, ali və orta məktəb müəllimləri, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub” deyə diqqətə çatdırılır.
Qeyd edək ki, nəşrin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitablar” bölməsində tanış olmaq mümkündür.










İlk şərhi yaza bilərsiniz