Press "Enter" to skip to content

MEK rəhbərliyi Antalyada konfransda

Muzaffer Şeker

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov noyabrın 16–19-da Türkiyənin Antalya şəhərində keçirilən ANKOSLink2026 Beynəlxalq Konfransında iştirak edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Antalya Bilim Universitetinin ev sahibliyi və təşkilati dəstəyi ilə keçirilən konfransın builki mövzusu “Konsorsiumların yenidən müəyyənləşdirilməsi və yeni informasiya ekosistemi”dir. 30-dan artıq ölkədən 500-dən çox iştirakçının qatıldığı beynəlxalq konfransın açılışında Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti Prof. Muzaffer Şeker, Antalya Bilim Universitetinin prorektoru professor Hülya Şimga, ANKOS-un rəhbəri İsmail Çetinkaya və digər qonaqların konsorsiumların gələcəyi, yeni əməkdaşlıq və dayanıqlı maliyyələşdirmə modelləri, rəqəmsal informasiya ekosisteminin inkişafı, süni intellektin tətbiqi kimi aktual məsələlər ətrafında çıxışları dinlənilib. Konfransın gündəliyində süni intellektin kitabxanalara təsiri, süni intellekt dəstəkli kitabxanaların formalaşdırılması, informasiya resurslarına bərabər çıxış imkanları, innovativ informasiya xidmətləri, rəqəmsal transformasiya, kitabxana xidmətlərinin müasir tələblərə uyğun yenidən qurulması, istifadəçi yönümlü xidmətlərin təşkili və kitabxanaçıların peşəkar səriştələrinin inkişafı kimi mövzular da yer alır”.

Daha sonra xəbərdə, “tədbir çərçivəsində kitabxana-informasiya sahəsində uğurlu təcrübələrin, praktiki araşdırmaların və innovativ layihələrin təqdim edilməsi, eləcə də sahənin aktual peşəkar problemlərinin müzakirəsi nəzərdə tutulur. Tədbirin sponsorları sırasında “Step Kitap”, “Clarivate”, “Elsevier”, “Springer Nature”, “Ankaref İnovasyon ve Teknoloji A.Ş.”, “CAS (American Chemical Society)”, “Hiperlink” kimi texnologiya nəhəngləri yer alıb. Onu da qeyd edək ki, akademik panellərlə yanaşı, texnologiya şirkətləri öz yeni elektron həllərini, kəşf alətlərini və süni intellekt platformalarını stendlərdə nümayiş etdirirlər” deyə bildirilir.

Konfrans müddətində MEK tərəfindən ANKOS-un rəhbərinə hədiyyə də təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.