BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev süni intellekt texnologiyalarının tətbiqi və genişləndirilməsi üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkəti “Wonderful”un təsisçisi və baş icraçı direktoru Bar Vinkler ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə süni intellekt həllərinin dövlət sektorunda tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması və yerli mütəxəssislərin işə cəlb olunması imkanları müzakirə edilib”.






İlk şərhi yaza bilərsiniz